Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Baxçalara qəbul problemi: “Gəlin, müdirə ilə görüşün”

Baxçalara qəbul problemi: “Gəlin, müdirə ilə görüşün”

Baxçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər kəs övladını rahat şəkildə baxçaya yazdıra bilirmi?
Vətəndaş Məmməd Əliyev (ad, soyad şərtidir) Unikal.org-un əməkdaşına bildirib ki, yaşadığı ərazidə 4 yaşlı övladını baxçaya qəbul etmirlər. Baxça müdirəsi deyir ki, qruplarında yer yoxdur: “Mənə yer olmadığn deyirlər. Ancaq kənardan eşidirəm ki, qəbul var”.
Problem ümumi olduğu üçün biz də məsələyə ümumi yanaşdıq.
Əməkdaşımız vətəndaş kimi bir neçə baxça ilə əlaqə saxlayıb övladına ora yazdırmaq istədiyini bildirdi.
Nəsimi rayonu 16 saylı baxçadan qəbulun ancaq sentyabr ayının 1-dən aparılacağını dedilər: “Müdirə məzuniyyətdədir. Sentyabr ayından işə çıxacaq. O zaman gəlib özü ilə danışıb adını yazdırarsınız”.
Yasamal rayonu 10 saylı baxçadan bildirdilər ki, yer yoxdur, ancaq müdirə ilə görüşsək, köməklik edə bilər.
Yasamal 11 saylı baxçadan bunları dedilər: “Hazırda bilmirik yer var, ya yox. Gəlib müdirə ilə danışmalısınız. Yəqin ki, köməklik edər”.
Yasamal rayonu 27 nömrəli baxçadan telefnumuza cavab verən xanım sonra dəstəyi müdirəyə verir: “Rus bölməsində yer yoxdur, bəlkə Azərbaycan bölməsinə uşağı yerləşdirə bilərik. Mənimlə görüşməlisiniz növbəyə yazmalıyıq. Məktəbə gedən uşaqlarımız olanda, onların yerinə götürərik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın