Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Batumidəki konsulumuz Naxçıvana gəlib

Batumidəki konsulumuz Naxçıvana gəlib

Martın 2-3-də Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasına səfər edib.

Lent.az-ın məlumatına görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla keçirilən görüşdə Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əhalinin gediş-gəlişinin sadələşdirilməsi üçün nəqliyyat əlaqələrinin yaranması, hər iki region üzrə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində səylərin artırılması məsələləri müzakirə olunub.

Görüş zamanı bildirilib ki, Naxçıvan Ali Məclisi və Acarıstan Hökuməti arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənir.

Baş konsul R.İsmayılov səfər zamanı Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev muzeyində də olub.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın