Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Başı kəsilən qiyamçı əsgər danışdı

Başı kəsilən qiyamçı əsgər danışdı

Türkiyədə çevrilişə cəhd zamanı sıravi vətəndaşlar tərəfindən başının kəsildiyi iddia edilən əsgərin sağ olduğu ortaya çıxıb.

 

Axar.az xəbər verir ki, sosial mediada Burak Salıverməz haqqında çıxan şayiələrin yalan olduğu məlum olub.

 

Açıqlama verən Salıverməz bütün olanlardan dolayı üzüntü hissi duyduğunu dilə gətirib. 1993-cü il təvəllüdlü əsgər 2013-cü ildə Şanlı Urfanın Sivərək bölgəsində hərbi xidmətə etdiyini, 2014-cü ildə isə xidmətini başa vurduğunu bildirərək, sağ olduğunu deyib.

 

Haqqında çıxan şayiələrdən bəhs edən Salıverməz bu olaya münasibət bildirib:

 

“Bu xəbərlər tamamilə yalandır. Fotosu paylaşılan şəxs mənəm. Ölmədim, öldürülmədim, başım da kəsilmədi. Sağ-salamat İstanbul Ovçularda yaşayıram. İndi kimsə o paylaşılan fotonun mənə aid olmadığını iddia edə bilər. Ancaq başı kəsildiyi iddia edilən əsgər mənəm. Bunu hər cür yolla sübut edə bilərəm”.

 

Daha sonra o, şəkli paylaşanların həm onu, həm də ailəsini kədərlədirdiyini dilə gətirib:

 

“Yalan xəbərlərlə mənim və ailəmin həyatını qaraltdılar. Ailəm və dostlarım hələ də şokdadır. Anam, atam, əmim, bibim – qısası bütün qohumlarım kədərləndi. Biri dezinformasiya məqsədi daşıyan şəklimdən istifadə etdi. Bu, edilə biləcək bir iş deyil. Bunu edənlərin cinayət törətdiklərini düşünürəm. Özlərini mənim yerimə qoysunlar. Eyni şey onlara edilsəydi, ailələri nələr yaşayardı? Ailəmi kədərləndirməyə heç kimin haqqı yoxdur. Bunların etdikləri cəzasız qalmamalıdır. Birlik və bərabərliyə ən çox ehtiyac duyduğumuz bir zamanda bu cür yalanlar da bizi çox kədərləndirdi. Bu yalan xəbərləri uyduran və yayanları məhkəməyə verəcəyəm”.
Qeyd edək ki, sosial mediada sözügedən əsgərin başının kəsilməsi ilə bağlı foto-xəbərlər yayılmışdı.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın