Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / “Baş verənlər olduqa üzücüdür“ – YAP-çı deputat

“Baş verənlər olduqa üzücüdür“ – YAP-çı deputat

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb. Video cəmiyyətdə ciddi rezonans doğurub. Vətəndaşların böyük əksəriyyəti “ziyalı” birinin bu cür əməlinə sərt təpki verib. Hətt sabiq deputatı YAP-ın üz qarası da adlandırıblar.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov baş verənlərlə bağlı fikirlərini bölüşüb. O, sherg.az-a açıqlamasında beılə deyib: 

“Əlbəttə, bütün bunlar təəssüfləndirici haldır. Məsələ ilə bağlı artıq YAP-ın mətbuat xidmətindən açıqlama verilib. Mən də sosial şəbəkələr üzərindən həmin videonu izləmişəm. Hüseynbala müəllim ziyalı insandır, yazıçıdır, vaxtilə millət vəkili olub. Bu baxımdan baş verənlər olduqa üzücüdür. Hər halda sosial şəbəkədə yayılan bu video ilə bağlı YAP-ın müvafiq qərarı olacaq”.

Həmçinin oxuyun

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə …