Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Baş redaktor “Bakı-2015”i izləmək üçün 100 bilet aldı

Baş redaktor “Bakı-2015”i izləmək üçün 100 bilet aldı

12-28 iyun tarixləri arasında ilk dəfə Bakıda baş tutacaq I Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının iştirakı nəzərdə tutulub. Cəmiyyətin böyük qisminin maraq göstərdiyi yarışlara “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddən maraqlı dəstək gəlib. O yarışları izləmək üçün nə az, nə çox 100 ədəd bilet alıb.

Bu barədə Modern.az saytına baş redaktor özü danışıb. “Mən idmanın müxtəlif növlərilə maraqlanıram. Amma ciddi azarkeşlik etdiyim növləri yoxdur. Buna baxmayaraq, Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək, yeni istifadəyə verilmiş stadionlarımızı görmək, idmançılarımıza dəstək olmaq üçün 100 ədəd bilet almışam”.

Baş redaktor hər oyuna 2 bilet alıb və azarkeşlik etmək üçün həmkarlarını da dəvət edir: “Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlunu, həmçinin redaktor həmkarlarımı müxtəlif oyun növlərini izləməyə dəvət edəcəm. Olimpiya stadionunda yüngül atletika, Milli Gimnastika arenasında gimnastika, ”Baku Kristal Holl”da boks, qılıncoynatma, Bakı Su İdman Mərkəzində üzgüçülük, sinxron üzgüçülük, suyatullanma yarışlarına biletlərim var”.

R.Məcid deyib ki, həmkarlarını izləmək istədikləri yarışlara uyğun dəvət edəcək: “Müxtəlif oyunlara müxtəlif həmkarlarımı çağıracam. O cümlədən sizin baş redaktor Elşad Eyvazlını da dəvət edəcəm. Tükiyədə olarkən Yazıçılar Birliyinin sədri Anara da bu təklifimi etmişəm. Düşünürəm ki, yeni stadionlarda oyun izləmək özü ayrıca zövq olacaq. Deməli, 17 gün ərzində Bakıda keçiriləcək yarışların tamaşaçası olacağam”.

O, ideyanın özünə məxsus olduğunu vurğulayıb: “Hələ 2009-cu ildə ”Qarabağ” futbol komandası “Rozenberq”lə oynayırdı. Bakıda qalib gələcəyimiz təqdirdə növbəti mərhələyə yüksələcəkdik. Həmin gün də Ağdam şəhərinin işğalı gününə təsadüf etmişdi. Qəzetdə də bütün həmkarlarımı oyunu izləməyə çağırmışdım. O cümlədən Qulu Məhərrəmli, Əflatun Amaşov, Elçin Şıxlı da komandamıza dəstək olmaq üçün stadiona gəlmişdi. Həmin oyunda “Qarabağ” ilk dəfə növbəti mərhələyə adlamışdı.
Xarici qonaqların da izləyəcəyi oyunlarda inkişaf edən Azərbaycanımızın idmançılarına dəstək olmağın xüsusi zövq olacağına inanıram. Həmkarlarımın nəzərinə çatdırım ki, biletlər məhduddur. Məsələn, bədii gimnasitika yarışlarını Əflatun Amaşovla izləyəcəyəm. Artıq biletləri bölməyə başlamışam, bir azdan bilet qalmayacaq”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın