Ana səhifə / Siyasət / Baş Prokurorluq 12 biznesmenin həbsinə sanksiya verdi

Baş Prokurorluq 12 biznesmenin həbsinə sanksiya verdi

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sahibkarların 12-si nəfəri barədə həbs-qətimkan tədbiri seçilib.

Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Məlumata görə, sabah adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsi işində keçən daha 6 iş adamının Baş Prokurorluğun sanksiyası ilə həbs ediləcəyi gözlənilir.

Xatırladaq ki, son bir neçə həftə ərzində Azərbaycanda oliqarxların həbs dalğası həyata keçirilib. Həbs edilən oliqarxlar Azərbaycan Beynəlxalq Bankından kredit qismində götürdükləri pulları talan etməkdə və mənimsəməkdə ittiham olunurlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın