Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Baş prokuror 6 rayonda görüş keçirəcək

Baş prokuror 6 rayonda görüş keçirəcək

Baş prokuror Zakir Qaralov fevralın 19-da saat 11:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Azinforum.az-a Respublika Prokurorluğundan məlumat verilib.

Məlumatda deyilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq. “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər”.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …

Bir cavab yazın