Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Baş nazirin xanımı Bakıda xalça toxudu – FOTOLAR

Baş nazirin xanımı Bakıda xalça toxudu – FOTOLAR

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Kalsum Nəvaz Şərif oktyabrın 14-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehrli ilmələr” qalereyasında olub.

AzVision.az xəbər verir ki, “Azərilmə”də xanım Kalsum Nəvaz Şərifə Azərbaycan xalqının ən qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilib. Qonaq xalçaçı qızların işini izləyib, orijinal kompozisiyalı xalçaya ilmələrin vurulmasına baxıb.

Baş nazirin xanımı Bakıda xalça toxudu

Xanım Kalsum Nəvaz Şərifə məlumat verilib ki, rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Bakı ilə yanaşı, regionlarda sexləri olan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. “Azərilmə”nin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir. Bu, həm istehsal, həm də elmi-tədqiqat müəssisəsidir.

Baş nazirin xanımı Bakıda xalça toxudu

Qonaq toxunan xalçaya ilmə də vurdu. Pakistanın Baş nazirinin xanımı, həmçinin Xalçaçılıq Tədris Mərkəzində olub. 2013-cü ildə yaradılan bu mərkəzdə müxtəlif yaşlı tələbələr xalçaçılığın sirlərinə yiyələnir, sonradan isə “Azərilmə”nin sexində öz biliklərini reallaşdıra bilirlər. Burada qonaq xatirə kitabına ürək sözlərini yazdı.

Baş nazirin xanımı Bakıda xalça toxudu

Xanım Kalsum Nəvaz Şərif “Azərilmə”nin qədim xalçalar qalereyasına da baş çəkib. Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə – Bakı, Şirvan, Quba, Qazax-Borçalı, Gəncə, Naxçıvan, Qarabağ, Təbriz və İrəvan məktəblərinə aid xalçalar saxlanılır. Bu xalçalar XVIII əsrin əvvəlindən XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Pakistanın Baş nazirinin xanımı çay süfrəsinə qonaq oldu. Xanım Kalsum Nəvaz Şərifə xatirə hədiyyəsi təqdim edildi.

Baş nazirin xanımı Bakıda xalça toxudu
Baş nazirin xanımı Bakıda xalça toxudu
Baş nazirin xanımı Bakıda xalça toxudu

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın