Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / Baş nazir postundan gedən Artur Rasizadə kimdir? (DOSYE)

Baş nazir postundan gedən Artur Rasizadə kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Baş nazir Artur Rasizadəyə xidmətlərinə görə təşəkkür edib. Onun bu gün istefaya göndəriləcəyi və Azərbaycanın yeni Baş nazirinin seçiləcəyi bildirilir. Yeni Baş nazirin kimliyi açıqlanmır.
Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyibş
1973-1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə “İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olub.
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.
Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidinqardaşı nəvəsidir. Atasını vaxtsız itirib. 7 yaşında atası Böyük Vətən Müharibəsində (Krım şəhərində) həlak olub.
Baş Nazir həm də peşəkar şahmatçıdır. Sovetlər dönəmində şahmat üzrə keçirilən çoxsaylı çempionatlarda qalib olub.
Artur Rasizadənin bir oğlu var. Oğlu isə bağlı isə ictimaiyyətdə heç bir məlumat yoxdur. (Qaynarinfo)

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …