Ana səhifə / Siyasət / Baş nazir müavinlərinə martın 1-dək qoyulan vaxt bitir

Baş nazir müavinlərinə martın 1-dək qoyulan vaxt bitir

Martın 1-nə sayılı günlər qaldı. 11 yanvarda Moskvada Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında keçirilən  üçtərəfli görüşdə qərara alınmışdı ki, bölgədə bütün kommunikasiyaların açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılacaq və hazırlanacaq konkret “yol xəritəsi”ni martın 1-dək – 3 liderin növbəti görüşünə təqdim edəcək. Bəs məsələ nə yerdədir və nəzərdə tutulan işlər martın 1-dək həll ediləcəkmi? Xüsusən də Ermənistandakı kritik həddə olan daxili siyasi böhran fonunda bu, nə dərəcədə real görünür?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, üç liderin Moskva görüşündən sonra baş nazirlərin müavinlərinin görüşü olub: “Onların görüşündə isə alt işçi qrupların yaradılması barədə qərar qəbul edildi. Müxtəlif sahələr üzrə alt işçi qruplar yaradıldı. Onlara verilən vaxt tamamlanır və indiyə qədər yəqin ki, hazırlanan sənədlər, layihələr təqdim edilməliydi. Mənə belə gəlir ki, həmin İşçi qruplar işləyiblər və bir çox məsələlər əslində hazırdır. Amma bu açıqlanmır. Səbəb də bundan ibarətdir ki, Ermənistanda vəziyyət çox gərgindir və Paşinyanın başı hakimiyyətini, kreslosunu saxlamağa qarışıb. Belə bir vəziyyətdə Nikol Paşinyanın ola bilsin ki, o qərarların açıqlanmasından sonra vəziyyəti ağırlaşa bilər, Paşinyana qarşı rəqibləri yeni ittihamlar irəli sürərlər. Ona görə də Paşinyan hazırda kommunikasiya dərdində deyil.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Razi Nurullayev: “Paşinyan möhkəmlənməlidir və bilməlidir ki…”

Bu məsələlərin həlli, Azərbaycanla Ermənistan arasında uzunmüddətli daimi sülhə nail olmaq üçün və Qarabağda yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyasına tamamən keçməsi və “artsax-artsax oyunu”nun bitməsi Ermənistandakı siyasi sabitlikdən asılı olaraq qalır. Paşinyan möhkəmlənməlidir və bilməlidir ki, hakimiyyətinə təhlükə yoxdur, bu zaman bir çox ciddi qərarlar açıqlana bilər və yaxud Paşinyan daha qətiyyətli addımlar ata bilər. İndilikdə isə Paşinyanın başı daha çox özünü, hakimiyyətini qorumağa qarışıb. Ona görə də digər məsələ onun nəzərində arxa plana keçməkdədir”.

Deputat onu da dedi ki, faktiki olaraq Ermənistanda hakimiyyətin sahibi Nikol Paşinyandır, onun hökumətidir və Rusiyanın sehrli çubuğu yoxdur ki, oradakı bütün məsələləri istədiyi səmtə bir anda yönlədirsin, həll etsin: “Hazırda Rusiyanın özü Ermənistanla bağlı çıxılmaz vəziyyətə düşüb. Çünki bir yandan Paşinyanla Qarabağ müharibəsindən sonra görüləcək işlərlə bağlı müəyyən razılıq əldə olunub və Kremlin Nikoldan nə qədər xoşu gəlməsə də, üçtərəfli razılaşmada tərəflərdən biri məhz Paşinyan olub. Şübhəsiz, Paşinyandan sonra hakimiyyətə gələcək adamlar da Rusiyaya kürək çevirməyəcək, amma istənilən halda əldə olunan bəyanatın bəndlərini tam həyata keçirmək Paşinyanla daha asandır, nəinki başqası ilə. O baxımdan da Rusiya hələ ki, bilmir hansı addımı atsın. Ona görə də Rusiya da gözləyir ki, Ermənistandakı hadisəılər hansı səmtə yönələcək. Əgər onlar Paşinyanı hakimiyyətdə saxlamaqla onun əli ilə müəyyən planları reallaşdıra biləcəklərsə, deməli, onun hakimiyyətdə qalmasına köməklik göstərə bilərlər. Məncə Paşinyanın hələ hakimiyyətdə qalması üçün Rusiya köməklik göstərir. Bu köməkliyi göstərməsəydi bəlkə də o, bu günə qədər hakimiyyətdə qala bilməzdi. Fikrimcə, məhz 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üçün Rusiya Nikol Paşinyanın arxasında dayanıb”.

Fazil Mustafa: “Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”

Fazil Mustafa: “Proses normal getməlidir və nəticəsi də olacaq”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə bildirdi ki, yaradılmış işçi qrupunun qarşıya qoyulan işləri hansı səviyyədə həyata keçirdiyi barədə dəqiq məlumatlı deyil: “Ümumən bildiyim budur ki, proses normal getməlidir və nəticəsi də olacaq”.

Həmçinin oxuyun

Payızda nə parlament buraxılacaq, nə də referendum keçiriləcək – AÇIQLAMA

“Bəzi media orqanlarında və sosial şəbəkələrdə məlumat yayılıb ki, bu ilin payızında parlament buraxılacaq, referendum …