Ana səhifə / Siyasət / Baş nazir İranı HƏDƏLƏDİ: “Qollarından yox, başından vuracağıq”

Baş nazir İranı HƏDƏLƏDİ: “Qollarından yox, başından vuracağıq”

“İran osminoqu”nu qollarından yox, başından vuracağıq”.

İsrail Baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq olunan strategiyaya son qoymağa qərar verdiklərini açıqlayıb.

Bennet deyib ki, başı Tehranda olan “İran osminoqu” şimalda Hizbullah, Qəzzada İslami Cihad, Suriya sərhədində şiə yaraqlıları və İraq, Yəmən və Liviyada digər silahlarla İsraili mühasirəyə alıb.

“Birtərəfli “soyuq müharibə” oldu, onlar vurdular, amma biz cavab vermədik. Biz bu tənliyi dəyişirik. İranı zəiflətmək üçün bütün istiqamətlərdə çalışırıq”, – baş nazir söyləyib.

“İrana müharibə elan ediləcəkmi” sualına Bennett belə cavab verib: “Biz istənilən vəziyyətə hazır olmalıyıq”. / Teleqraf.com

Həmçinin oxuyun

“Ermənistan müsbət cavab verməlidir” – Çavuşoğlu

“Azərbaycan qələbə qazandıqdan sonra göstərdi ki, o, sülh və regionda hüzur istəyir. O, Ermənistana hərtərəfli …