Ana səhifə / Siyasət / “Baş nazir getməlidir” – Samvel Babayan da Paşinyana qarşı çıxdı

“Baş nazir getməlidir” – Samvel Babayan da Paşinyana qarşı çıxdı

“Bəli, Ermənistanın Baş naziri getməlidir. Serj Sarqsyan prezident olanda onun əvəzedilməz olduğunu deyirdilər. İndi Nikol əvəzolunmaz hala gətirildi. Küçədən gələn hər kəs ondan daha yaxşı Baş nazir olacaq”.

Bunu Qarabağdakı keçmiş qondarma qurumun “rəhbərliyində” təmsil olunmuş “general” Samvel Babayan erməni mətbuatına açıqlamasında deyib. Ermənilər Qarabağdan gedən ərəfələrdə Paşinyan hakimiyyətilə işbirliyində olduğu iddia edilən Babayanın indi hakimiyyətə qarşı çıxması maraq doğurur.

O, deyib ki, Ermənistan strateji qərar verməlidir: “Biz strateji qərar verməliyik: Ermənistan siyasətini hansı istiqamətdə aparır? Qərb Türkiyə-Qafqaz-Orta Asiya logistika marşrutlarını Rusiyanın nəzarətindən çıxarmaq və İranın təsirini zəiflətmək istəyir. Biz bunu seçirik? Yoxsa biz İran-Ermənistan-Gürcüstan-Rusiya oxunu formalaşdırırıq? Nə seçirik? Mən siyasi qərar qəbul etməyi və yeni seçkilərə getməyi təklif etdim. Deputatlar mandatlarından imtina etməli, öz baxışlarını cəmiyyətə təqdim etməlidirlər. Hansı yolu seçdiyimizi hələ də bilmirik. Biz fraqmentli delimitasiya aparırıq. Mən bu işə qarışmıram və heç kimə mane olmuram”.

“AzPolitika.info”

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …