Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Baş həkim: “Şahin Zəkizadə ölməyib, amma vəziyyəti ağırdır” – AUDİOYAZI

Baş həkim: “Şahin Zəkizadə ölməyib, amma vəziyyəti ağırdır” – AUDİOYAZI

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb.

Bir neçə gün idi ki, vəziyyəti ağırlaşan və süni nəfəs aparatına qoşulan rejissorun xəstəxanada vəfat etdiyi bildirilib.

Ancaq ASAN Radio xəbər verib ki, bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti agırdır. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev ASAN Radioya məlumat verib.

Rejissor Kənan M.M də sosial şəbəkədə xəstəxanaya baş çəkdiyini, həmkarının komada olduğunu yazıb.

Musavat.com saytı məsələ ilə bağlı rejissor Kənana M.M ilə əlaqə saxlayıb: “Bir müddət sonra isə rejissorun ölmədiyi məlum olub. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev ASAN Radioya bildirib ki, hazırda rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır. O, ölməyib”.

Qeyd edək ki, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris terapevtik klinikasında müalicə alır.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın