Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bank Standart”ın bağlanması “Qalatasaray”ın sabiq məşqçisini çətin vəziyyətə saldı

“Bank Standart”ın bağlanması “Qalatasaray”ın sabiq məşqçisini çətin vəziyyətə saldı

“Qalatasaray”, “Xəzər Lənkəran” və “Neftçi”də işləmiş italiyalı fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre Azərbaycanda problemlə üzləşib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssisin ölkəmizdə qazandığı pulları etibar etdiyi “Bank Standart”ın bağlanması məşqçini çətin vəziyyətə salıb.

5 gün öncə Bakıya gələn və “Neftçi”də ötən mövsümdən qalan iki aylıq maaşını almaq istəyən Melkiorre “Bank Standart”dakı əmanətlərini də almaq fikrində imiş. Lakin lisenziyanın ləğv edilməsi onu çətin vəziyyətdə qoyub.

Yenidən İtaliyaya dönən məşqçi bankdan xəbər gözləyir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın