Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Siyasət / “BakuBas” sərnişinləri aldadır – FOTOFAKT

“BakuBas” sərnişinləri aldadır – FOTOFAKT

Dünən səhər saatlarında Nərimanov metrosu yaxınlığındakı dayanacaqların birində sərnişin Bakıkart aparatında kartına 1 manat pul yükləyib. İki dəfə gediş etdikdən sonra, kartında 60 qəpik əvəzinə, 55 qəpik qalıb.

Bu barədə Yeniçağ.az-a məlumat verən sərnişin Aygün Məmmədova bildirir ki, məsələdən 5 nömrəli BakuBus avtobusuna minəndə xəbər tutub:

“ Gözlərimə inanmadım. Kartımda 60 qəpik əvəzinə, 55 qəpik qalmışdı. 1 manat yükləməzdən əvvəl isə kartın balansı 0 (sıfır) olub. Nəzərə alsaq ki, gedişhaqqı 20 qəpikdir, 5 qəpiyi də karta vurmaq mümkün deyil. Elə isə mənim kartımda 55 necə qəpik qala bilər?”

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.
Mais Ağayevin sözlərinə görə, burda nəsə bir anlaşılmazlıq var: gedişhaqqının artımından söhbət gedə bilməz:
“Əgər sərnişin iddia edirsə ki, onun kartından artıq məbləğ çıxılıb, o zaman bunu araşdırmalıyıq. Sərnişinin kart nömrəsi 01003-14377-6 kartla BakıKart terminallarında ən son 17.02.2017 tarixində metronun Neftçilər stansiyasında balansa 2 ədəd 10 qəpiklik yüklənib. Hazırda kartın balansı 0-dır. Digər bir məqam, əgər sərnişin deyirsə ki, onun balansında 55 qəpik qalıb və hazırda balansın 0 olması onu deməyə əsas verir ki, xanım ola bilsin ki, nəsə yanlış anlayıb. Çünki 55 qəpik olan halda balans sıfır ola bilməz. O ki, qaldı BakuBus avtobuslarında qiymət artımının olub-olmamasına, qətiyyən belə hal yoxdur”.

QEYD: Mais Ağayevin nəzərinə çatdıraq ki, şikayətçi Aygün Məmmədovanın kartının balansında hazırda 0 (sıfır) deyil, 75 qəpik var. Və çox istərdik ki, məsələ ilə bağlı bizə başdansovdu yox, dəqiq cavab verilsin.

Həmçinin oxuyun

“Aparıcı siyasi partiyaların bələdiyyə seçkilərinə qatılmaması yanlış addım oldu”

Bələdiyyələrin səlahiyyətsizliyi və heç bir siyasi-administrativ-maiyyə gücünün olmaması, seçkilərin saxtalaşdırılması kimi arqumentlər yerli özünüidarə seçkilərindən …

Bir cavab yazın