Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Siyasət / Bakıya yeni ingilis səfiri gəlir – Britaniya siyasətində Azərbaycanın yeri

Bakıya yeni ingilis səfiri gəlir – Britaniya siyasətində Azərbaycanın yeri

Politoloq: “Britaniya 100 il əvvəl olduğu kimi Azərbaycanı öz maraq dairəsində görür”

Böyük Britaniya Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Kraliça II Elizabet bu vəzifəyə diplomat Ceyms Şarpı təyin edib. Yeni səfir iyul ayı ərzində Azərbaycana gələcək. Ceyms Şarp bu vəzifədə xanım Kerol Kroftssu əvəz edəcək.

Qeyd edək ki, Birləşmiş Krallığın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub. 2018-ci ildən XİN-də Azərbaycan dili üzrə xüsusi kursa cəlb olunub.

Britaniyanın xarici siyasətində Azərbaycanın yeri nədir?

Baxmayaraq ki, illərdir Britaniya bp vasitəsilə Azərbaycan neftinin əsas alıcısıdır, lakin belə mənzərə var ki, Azərbaycanla məsafə saxlayırlar. Üzdə olan görüntü budur, yoxsa həqiqətən məsafəli davranmaq siyasəti yürüdürlər? Qarabağ məsələsində Britaniyanın mövqeyi  necədir?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Britaniyanın xarici siyasətini lord Palmerstonun bir fikri düzgün ifadə edib: ““İngiltərənin əbədi dostları və əbədi düşmənləri yoxdur, əbədi maraqları var”. İngiltərə tarix boyu zərurət yaranmadığı təqdirdə heç bir dövlətlə və ya dövlətlər birliyi ilə ittifaqa can atmayıb, əksinə, mümkün qədər müttəfiqlik öhdəlikləri ilə öz əl-qolunu bağlamaqdan çəkinib. İngiltərə özünün “Dumanlı Albion”da yerləşməsindən istifadə edərək daima qitə Avropasına nəzarət edib, kontinentdəki koalisiyalara o zaman müdaxilə edib ki, orada sabitlik pozulur, dövlətlərdən birinin koalisiyası digərini üstələyir və müharibə ehtimalı yaranıb. İngiltərənin coğrafi mövqeyi, qüdrətli donanması onun geosiyasi taleyini də xeyli dərəcədə müəyyən edib və Britaniya imperiyasının qüdrətinin pik dövründə onun müstəmləkələri özündən 24 dəfə böyük idi. Donanma həm də İngiltərə imperiyasının dəniz quldurluğunu himayə etməsini şərtləndirib, imperiyanın dünyanın su yollarını nəzarətdə saxlamasına, beləliklə, hər tərəfdən gələn qiymətli əşyalar, ədviyyat, eləcə də kəşfiyyat mənbələri əldə etməsini asanlaşdırıb. ”Parçala və hökm sür!” qədim Romadan gəlsə də, onu klassik formada ingilis imperiyası həyata keçirmişdir. İngilislər eyni zamanda böyük maliyyəsi, kəşfiyyat və digər qiymətli mənbələrə çıxışı olmuş insanlara ərazisində sığınacaq verməklə onlardan istifadə edib, habelə ofşor hesablar yaradaraq böyük maliyyəni öz nəzarətlərinə ala biliblər. Napoleon hakimiyyətindən qaçmış kral tərəfdarı-royalistlər, Putindən qaçmış Litvinenko, Berezovski, mühacir çeçen hökuməti və başqaları Britaniyada sığınacaq almışlar. London dünyanın maliyyə mərkəzlərindən biridir, habelə nüfuzlu Rotşild, Rokfeller, Stüartların da İngiltərə ilə sıx əlaqələri vardır. ABŞ-ın Avropa Birliyindəki “Troya atı” adlandırılan İngiltərə lazım gəldikdə Brexitə də gedə bilir. Konstitusiyalı monarxiya olan, yazılı konstitusiyası olmayan, iki partiyanın siyasi sistemində əsas yer aldığı, mühafizəkar, parlamentində hələ də yun dolu kisə saxlamaqla keçmişinə hörmətini göstərən Britaniyanı bununla belə heç kəs demokratik olmamaqda ittiham edə bilmir.

Ceyms Şarp səfir ile ilgili görsel sonucu

Britaniya 100 il əvvəl olduğu kimi Azərbaycanı öz maraq dairəsində görür. İlk sənaye inqilabının baş verdiyi ölkə olaraq neftin əhəmiyyətini anlayan İngiltərə Kərkük və Mosulu da öz nüfuz dairəsində görür, Yaxın Şərq siyasətini məhz bu amil üzərində qurur. İngiltərə xüsusən İraqda ABŞ, Rusiya, İsrail ilə neft uğrunda mübarizə aparır, kürd əşirətləri ilə əlaqələr qurur, ingilis kəşfiyyatının yüzlərlə ərəb Lourensləri Yaxın Şərqi hörümçək toru kimi sarıb”.

Politoloq qeyd etdi ki, Cənubi Qafqazın neft ölkəsi Azərbaycan neft çıxarılandan sonra İngiltərənin diqqətində olub, Bakıya general Tomsonun başçılığı altında Britaniya əsgərləri gəlib. Sovetlərin Azərbaycanı 70 il əsarətdə saxlamasından sonra 1994-cü ildə “Əsrin müqaviləsi” imzalamaqla Azərbaycan neftindən əsas pay sahibi olublar. Britaniya Azərbaycanda sabitlikdə, Qarabağ müharibəsinin alovlanmamasında maraqlıdır. Öz imkanları ilə açıq və gizli bu marağının təmin olunmasına çalışır: “Azərbaycandakı sabitlikdə ingilislərin əsas marağı bununla bağlıdır.

Ä°lgili resim

Digər tərəfdən, İran kimi strateji müttəfiq, Qacar türk tayfasının fars Pəhləvilərlə əvəz olunması, şah rejiminin devrilməsindən sonra İran teokratik rejimi ilə də yaxınlaşma ingilislərin siyasətində Azərbaycana önəmli yer ayırıb. Azərbaycan eyni zamanda İngiltərəni Çinlə birləşdirən Böyük İpək yolu üzərindədir. Azərbaycan Britaniyaya həm enerji mənbəyi, həm də  Çinlə əlaqələrində geosiyasi müttəfiq kimi lazımdır. BP bu sahədə xüsusi rol oynayır. Onun iqtisadi maraqları İngiltərənin siyasi maraqları ilə eyniləşdirilir”.

N.Məmmədova onu da dedi ki, Britaniya ermənilərlə də yaxın əlaqələrə malikdir: “İngiltərənin ”Halo Trust” minaları zərərsizləşdirmə təşkilatı Qarabağda icazəsiz fəaliyyət göstərir, Baronessa Koksun Qarabağa səfərləri, Ermənistanın indiki prezidentinin İngiltərə vətəndaşı olması və kraliçanı öz mənəvi anası hesab etməsi, şahzadə Çarlzın Ermənistana səfəri və Amulsar qızıl mədənində ona pay təklifi, İngiltərə QHT-lərinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışması da xoşagəlməz məqamlardır”.

Politoloq hesab edir ki, yeni səfirin gəlişindən sonra da Britaniya-Azərbaycan münasibətləri indiyə qədər necədirsə, elə də davam edəcək.

Həmçinin oxuyun

AXCP üzvlərinin Saatlıda toy qalmaqalı – İcra Hakimiyyətinin müdaxiləsi, ya əks kampaniya…

Artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə aid olan toya yerli …