Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakıya qar yağacaq – Temperatur 8 dərəcə aşağı düşəcək

Bakıya qar yağacaq – Temperatur 8 dərəcə aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti soyuq hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın