Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Bakıya gəlmək istəyirəm, həkimlər qoymur” – Hafiz Hacıyev

“Bakıya gəlmək istəyirəm, həkimlər qoymur” – Hafiz Hacıyev

Uzun müddətdir səhhətində yaranan problemə görə Türkiyə xəstəxanalarından birində müalicə alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələ də ölkə xaricindədir.

Bu barədə Yenisabah.az-a siyasətçinin özü açıqlama verib. 

O, yaxın günlərdə tam şəkildə sağlamlığına qovuşacağını bildirib:

“Yaxşılaşıram, sadəcə bir az təngnəfəslik var. Hər halda növbəti ayın əvvəli icazə versələr, gələcəyəm.

Hazırda ev şəraitindəyəm, ancaq hər gün həkimlər nəzarət edir, yoxlama üçün xəstəxanaya gedirəm. Məncə, gələn həftə Bakıda olacağam”.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …