Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakıya daha bir lüks yaxta gətirildi – (Fotolar)

Bakıya daha bir lüks yaxta gətirildi – (Fotolar)

Virtualaz.org saytının müxbiri dünən Qazax rayonundan ezamiyyətdən dönərkən Bakıya nəhəng yaxtanın daşındığının şahidi olub.

Yaxta xüsusi qoşqu vasitəsilə daşınıb və üzəri ağ tentlə örtülüb. Uzunluğu onlarla metr, eni təxminən 8-10 metr olan yaxtanın daşıyan qoşqu yolda dörd hərəkət zolağını tutub.

Ehtimal edilir ki, yaxta dəniz yolu ilə Gürcüstanın Qara dəniz limanına gətirilib, oradan isə quru yolu ilə Bakıya yola salınıb. Yaxtanın sifarişçisinin kimliyini və digər təfərrüatları dəqiqləşdirmək mümkün olmadı.

Azərbaycan zənginləri son illər dəbdəbəli avtomobil kolleksiyaları ilə yanaşı özlərinə yeni bahalı oyuncaqlar – özəl jetlər, vertolyotlar və yaxtalar da alır. Bakıda yaxt-klub da fəaliyyət göstərir və onun sərəncamında nisbətən kiçik qabaritli yaxtalar var.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın