Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakının bütün məşhur otellərində – O tarixdə boş yer yoxdur

Bakının bütün məşhur otellərində – O tarixdə boş yer yoxdur

Dünyanın ən məşhur avtomobil yarışı olan “Formula-1” üzrə Avropa Qran-prisinin keçirilməsinə üç ay qalsa da, artıq Bakının ən məşhur otellərində boş yer tapmaq mümkün deyil.

“Qafqazinfo” xəbər verir ki, yarışın keçiriləcəyi 17-19 iyun tarixləri üçün booking.com saytında kiçik axtarış verdikdə bunun şahidi olmaq olar. Axtarışın nəticəsindən belə məlum olur ki, qeyd edilən tarixdə məşhur paytaxt otellərində bütün nömrələr artıq bir neçə ay əvvəldən bron edilib və ümumilikdə, 67 faiz otel nömrələri artıq tutulub. Bu isə mötəbər yarışı izləmək üçün ölkəyə xeyli sayda turist axını olacağından xəbər verir.

Belə ki, artıq paytaxtın ən iri otellərindən olan “JW Marriott Absheron” otelində yarışın keçiriləcəyi tarixdə bütün otaqlar rezerv edilib. Bron etmək üçün ən yaxın tarix isə iyunun 2-si və 4-ü tarixləridir. Həmin tarixdə isə 2 nəfərlik otağın qiyməti 631 manatdır.

“Four Seasons” otelində də bütün nömrələr tutulub. Axtarışda həmin otel üçün ən yaxın tarix iyunun 20-22-sidir, qiymət 1109 AZN-dir.

“Hilton” otelində də qeyd edilən tarix üçün yer yoxdur. Oteldə iyun ayı üçün nömrə rezerv etmək üçün ən yaxın tarix 20-22 tarixləridir. İki gecənin qiyməti isə 698 AZN-dir.

“Ramada Baku Hotel”də axtarışın nəticəsinə görə, artıq boş otaq yoxdur. Ən yaxın tarix 5-7 iyun tarixləridir ki, burada da qiymət 500 AZN-dir.

“Boulevard Side Hotel” isə yarışın keçiriləcəyi tarixdə cəmi iki boş nömrə var.

Bütün nömrələri bron edilən digər otel isə “Landmark”dır. İyun ayı üçün bu oteldə yer bron etmək istəsəniz ən tarix iyunun 2-4-ü arasıdır. Həmin tarix üçün qiymət isə 400 AZN-dir.

Gənclik Metrosu yaxınlığında yerləşən “Anatolia Hotel”də isə cəmi bir nömrə qalıb. İki nəfərlik otel otağının qiyməti 360 AZN-dir.

“Du Port Baku”da isə 17-19 iyun tarixində cəmi 2 boş nömrə var. Fəvvarələr meydanı yaxınlığında yerləşən otelin 2 gecəsinin qiyməti 1600 AZN-dir.

“Teatro Boutique Hotel”də yarış tarixi üçün cəmi 1 nömrə tutulmayıb. Həmin nömrədə qalmaq üçün isə ödəniləcək məbləğ 480 AZN-dir.

“Riviera”da da cəmi iki nömrə boşdur. Orada 2 gecənin qiyməti 2000 AZN-dir.

“Ambassador Hotel”də “Formula 1” yarışları ərzində qalmaq üçün ikinəfərlik cəmi bir otaq qalıb ki, həmin nömrənin də qiyməti 600 AZN-dir.

Paytaxtın digər məşhur otellərindən olan “Fairmont Baku”, həmçinin “Park İnn by Radisson” da həmin tarix üçün boş yer tapa bilməzsiniz.

“Fairmont Baku”da ən yaxın tarix üçün iyunun 20-22-si boş otaq tapa bilərsiniz. Burada 2 gecənin qiyməti həmin tarix üçün 585 AZN-dir.

“Park İnn by Radisson”da isə iki gecə üçün 384 AZN-dən iyunun 5-7-si boş otaq tapa bilərsiniz.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın