Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bakının 46 nömrəli məktəbində şagirdlər – “ölüm”lə oynayır + FOTO

Bakının 46 nömrəli məktəbində şagirdlər – “ölüm”lə oynayır + FOTO

Bakıda şagirdlərin məktəb binasının üzərində görüntüləri ortaya çıxıb.

Azinforum.az baku.ws-ə istinadən bildirir ki, 46 nömrəli məktəbin binasının damında gəzişən şagirdlər “ölümlə rəqs” edirlər.

Fotodan göründüyü kimi məktəblilər arasında qız da var. Maraqlıdır, görəsən əsas vəzifə borclarından biri şagirdlərinin təhlükəsizliyini təmin etmək olan məktəb işçiləri dama çıxan uşaqlara niyə nəzarət etmir?

Paytaxtın mərkəzində şagirdlərin maniəsiz məktəbin binasına çıxa bilməsi təhsil ocağındakı təhlükəsizliklə bağlı suallar doğurur. Xoşbəxtlikdən bina çıxan şagirdlərlə bağlı heç bir hadisə baş verməyib. Amma bu, gələcəkdə məktəblərdə bədbəxt hadisələrin baş verməyəcəyinə əsas vermir.

Məktəb binasında şagirdlər “ölüm”lə oynayır – FOTO

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın