Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / “Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Bakıdan yazılı cavab gözləyirik“ – Armen Qriqoryan

“Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib, lakin hələlik cavab almayıb”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsilik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Təkliflər sərhəddə sərhədin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına töhfə verəcək vəziyyətin yaradılmasına aiddir. Bu, xəritələr və ya sovet dövrünün xəritəsi nəzərə alınmaqla, qoşunların aynalı çıxarılması, sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə aiddir. Biz yazılı təkliflər vermişik və yazılı cavab gözləyirik”, – deyə Qriqoryan qeyd edib.

O vurğulayıb ki, qoşunların “güzgü prinsipi” ilə çıxarılması prosesi qoşunların indiki yeridilməsi nəzərə alınmadan, sovet dövrünün xəritələri əsasında aparılmalıdır.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …