Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakıdan Tehrana Qurban bayramı jesti: 22 məhbus…

Bakıdan Tehrana Qurban bayramı jesti: 22 məhbus…

Ötən gecə Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə ekstradisiya edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin konsulluq, parlament və ekspatriantların işi üzrə müavini Həsən Qaşqavi bildirib.

Nazir müavinin bildirdiyinə görə, Qurban bayramı münasibətilə Azərbaycanda cəza çəkən 22 İran vətəndaşı vətənə ekstradisiya edilib.Onların Bakıdan Tehrana yola salınması üçün Bakıdakı İran səfirliyi və bu ölkə XİN-i müvafiq tədbirlər görüblər. Qaşqavi əlavə edib ki, məhbusların ekstradisiyası Tehranla Bakı arasında məhbusların mübadiləsinə dair bundan əvvəl əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirilib .

Son illər İran və Azərbaycan bir sıra məhbusların qarşılıqlı ekstradisiyasını həyata keçiriblər. Bununla belə Azərbaycanın 22 məhbusu İrana təhvil verməsinin əvəzində İranın da analoji addım atdığı haqda məlumat yoxdur.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın