Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Bakıdan İrəvanın mina xəritələri ilə bağlı açıqlamasına reaksiya

Bakıdan İrəvanın mina xəritələri ilə bağlı açıqlamasına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mina xəritələrinin təqdim olunması ilə bağlı 25 yanvar açıqlamasına reaksiya verib.

Dünən Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini verəcəyi ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqliyinin əlaməti olaraq və humanitar mülahizələrə əsaslanaraq 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina xəritələri verib.

Rəsmi Bakı qeyd edib ki, Azərbaycan dəfələrlə, həm 2020-ci ildə baş verən 44 günlük savaşdan əvvəl, həm də post-münaqişə dövründə Ermənistandan mina xəritələrini tələb edib.

Nazirlik bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə Yerevan ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar edib.

Daha sonra beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığı isə yalnız 25% təşkil edib:

Həmin xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur”.

 XİN qeyd edir ki, son illərdə mina partlayışlarının 55 faizdən çoxu Ermənistanln verdiyi xəritələrdən kənar ərazilərdə baş verib:

“2020-ci ildən bu günədək 342 nəfər mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir”.

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan ərazilərində Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı da mövcuddur:

XİN. Foto: Wikipedia

 “Burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib”.

 XİN  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqlamasını humanitar prosesə töhfə vermək olmadığını hesab edir:

Bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsini gözləyir”.

Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Azərbaycanın rəsmi orqanları bildirir ki, azad olunmuş ərazilərdə indiyə qədər 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

Son məlumata görə, bu günə kimi 342 nəfər mina partlayışının qurbanı olub.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …