Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Bakıdakı nümayəndəsi Rəsul Quliyevlə yollarını ayırır

Bakıdakı nümayəndəsi Rəsul Quliyevlə yollarını ayırır

Ağasif Şakiroğlu: “Konfliktdə iştirak etməyi doğru hesab etmirəm”

Eks-spiker Rəsul Quliyevlə keçmiş deputat Hüseyn Abdullayev arasında son bir həftədə gərginlik yaşandı. Hüseyn Abdullayev hətta Rəsul Quliyevi ağır ifadələrlə təhqir də etdi. Diqqətçəkən məqamlardan biri isə bu oldu ki, eks-spikerin Azərbaycanda nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu baş verənlərə seyrçi qalmağa üstünlük verdi. Bəs Ağasif Şakiroğlu nədən bu dəfə R.Quliyevi müdafiə etmədi?

Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, demokratik qüvvələrin indiki dövrdə bir-birinə qarşı hücumlar etməsinin tərəfdarı deyil. Vəziyyəti gərginləşdirmək istəmir: “Biz hesab edirik ki, mövcud durumda bütün demokratik qüvvələr arasında olan soyuq münasibətlərə son qoyulmalıdır. Gələcək Azərbaycan Partiyası bütün bu konfliktlər qarşısında barışdırıcı mövqedə dayanır. Hesab edirik ki, mövcud durumda bu kimi məsələlərlə uğraşmaq doğru deyildir. Azərbaycanımızın gələcəyi üçün bu gün demokratik qüvvələrin birlikdə hərəkət etməli olduğu bir vaxtda bu tip fərdi münasibətlər zəminində yaranmış konfliktlərə zaman xərcləmək doğru deyil. Biz bu gündən bütün müxalif partiyalarla, ictimai-siyasi hərəkatlarla və ən əsası da prezidentliyə namizədliklərini elan etmiş şəxslərlə müxtəlif görüşlər keçirdəcəyik. Növbədənkənar prezident seçkisi öncəsi bu tip provokasyon, gündəm dəyişməyə gətirib çıxartmağa hesablanmış israrla cavab alınmağa çalışılan sualları cavabsız qoymağı daha doğru hesab edirik. Buradan da ümumən demokratik qüvvələrə səslənərək, demokratik qüvvələri milli birliyə səsləyirik”.

“Dediklərinizdən belə çıxır ki, Rəsul Quliyev başqa bir namizədlə söz atışmasına getməklə pozuculuq edir? Siz Rəsul Quliyevin namizədliyini müdafiə edəcəksiniz” suallarına isə A.Şakiroğlu belə cavab verdi: “Mən 11 aprelə təyin edilmiş prezident seçkiləri ərəfəsində ölkə müxalifətinin birləşməli və vahid formada hərəkət etməli olduğu bir zamanda bu tip konfiliktdə iştirak etməyi öz payıma doğru hesab etmirəm və hesab edirəm ki, belə bir vəziyyətdə siyasi partiya sədrləri, siyasi liderlər daha məsuliyyətli addımlar atmalı və işlətdikləri ifadələrə nəzarət etməlidirlər. Yaranmış yeni siyasi konyuktura şəraitində hamı bir olmalı və birlikdə hərəkət edərək mövcud rejimə qarşı mübarizədə vahid cəbhədə səfərbər olmalıdır. Sualınızın ikinci hissəsinə gəldikdə isə diqqətinizə çatdırmaq istəyirəm ki, Rəsul müəllim fərdi qaydada namizədlik iddiasını ortaya qoymuşdu. Bu məsələ ilə bağlı Gələcək Azərbaycan Partiyasının rəsmi qərarı, rəsmi mövqeyi yox idi. Hazırkı növbədənkənar seçki ərəfəsində isə bildiyim qədər əksər müxalifət nümayəndələri və namizədlər seçkilərlə bağlı vahid mövqe ifadə etməyə hazırlaşır. Bizlər də Azərbaycanın gələcəyi naminə real, qətiyyətli addımların atılmasında maraqlıyıq və prinsipial xətdə dayanacağıq”.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …