Cümə , Avqust 7 2020
Ana səhifə / Siyasət / Bakıda yürüş iştirakçıları Milli Məclisin binasına girdilər — VİDEO

Bakıda yürüş iştirakçıları Milli Məclisin binasına girdilər — VİDEO

Dünən axşam saatlarından etibarən Bakı şəhərində başlayan orduya dəstək yürüşləri Milli Məclisin qarşısında və Şəhidlər Xiyabanının önündə böyük izdihamlı mitinqə çevrildi.


Son saatlara qədər hər şey yüksələn xətt üzrə davam edirdi. İştirakçılar Dağlıq Qarabağda erməni işqalçılarına qarşı müvafiq tədbir görülməsini tələb edirdi. Ali Baş Komandandan vuruşmaq üçün silah istəyirdi. Azərbaycan iqtidarına, Prezident İlham Əliyevə və orduya dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, son bir saat ərzində vəziyyət dəyişdi, bir qrup təxribatçı Milli Məclisin binasına zorakılıqla girdi və bu anda polis müdaxilə etmək məcburiyyətində qaldı. Yekunda meydanda qalan azsaylı iştirakçılar Daxili Qoşunların əsgərləri tərəfindən oradan uzaqlaşdırıldı. Polis korrekt davranış nümayiş etdirdi.

 
Təəssüf ki, xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davrandılar. Onlar polis maşınını devirib, dağıtdılar.(musavat.com)

Həmçinin oxuyun

Prezident AZAL-ı tənqid etdi: “Bəs, bunun gəliri haradadır?”

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi …