Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Bakıda yol polisi piyadanı vurub

Bakıda yol polisi piyadanı vurub

Yol polisinin idarə etdiyi avtomobil daha sonra Toyota markalı maşına çırpılıb

Bakıda Yol Patrul Xidmətinin (YPX) inspektoru idarə etdiyi avtomobillə piyadanı vurub.

“Report”un xəbərinə görə, hadisə Zərdabi küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Allahverdiyev idarə etdiyi “Niva” markalı avtomobili ilə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Nafilə Qədirlini vurub. Ağır xəsarət alan N.Qədirli Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanlarının hadisə yerinə baxışı zamanı müəyyən edilib ki, R.Allahverdiyev piyadanı vurmamaq üçün manevr etmək istəyib. Piyada vurulduqdan sonra “Niva” markalı avtomobil Oruc İmanıyevin idarə etdiyi “Toyota” markalı maşına çırpılıb.

Qeyd edək ki, R.Allahverdiyev Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYP) 1-ci Tağımının Yol Patrul Xidmətinin (YPX) inspektoru vəzifəsində çalışır.

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın