Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / Bakıda yanğına görə yarımçıq qalan qəbul imtahanı yenidən keçiriləcək

Bakıda yanğına görə yarımçıq qalan qəbul imtahanı yenidən keçiriləcək

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Məkəzinin (DİM) mətbuat xidməti bildirir ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda, idman zalında elektrik naqillərində yanğın baş verib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyyə olunması barədə qərar qəbul olub.

“Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq”, -deyə DİM-dən bildirilib.

Həmçinin oxuyun

Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki… – FOTO

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi haqqında …

Bir cavab yazın