Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bakıda universitet müəllimi auditoriyada vəfat etdi

Bakıda universitet müəllimi auditoriyada vəfat etdi

Azərbaycan Universitetində dərs deyən riyaziyyat üzrə fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb.

Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

Lent.az

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın