Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakıda toya dəvət olunmadan gələn şəxs döyüldü

Bakıda toya dəvət olunmadan gələn şəxs döyüldü

Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. “Çağırılmamış qonaq” elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın