Ana səhifə / Siyasət / Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim olub – VİDEO

Bakıda sevdiyi qızı küçədə öldürən oğlan polisə təslim olub – VİDEO

Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Səlyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib.
B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın