Bazar , Avqust 25 2019
Ana səhifə / Siyasət / Bakıda şagirdi döyən müəllim və direktoru işdən qovuldu

Bakıda şagirdi döyən müəllim və direktoru işdən qovuldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görüb.

Virtualaz.org bildirir ki, bu barədə idarənin İctimaiyyətlə əlaqalər sektoru məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və öz təsdiqini tapıb: “Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunub”.

Həmçinin oxuyun

SÜLHƏDDİN ƏKBƏR ELÇİBƏYLƏ ARASINDAKI FİKİR AYRILIĞININ SİRRİNİ AÇDI: “Mən ona rəsmi məlumat vermişdim” – MÜSAHİBƏ

Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına rəhbərlik …

Bir cavab yazın