Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda qanunsuz dollar satan daha 5 nəfər saxlanıldı

Bakıda qanunsuz dollar satan daha 5 nəfər saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb, barələrində İXM-in müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Bakı Şəhər BPİ-dən Trend-ə verilən məlumata görə, həmin şəxslər Masallı sakini Həmidov İlqar Qunsur oğlu (1975 təvəllüd), İmişli sakini Abdullayev İstəməli Telman oğlu (1994 təvəllüd), Ağdam sakini Jəfərov Əfqan Jəlal oğlu (1967 təvəllüd), Cəlilabad sakini Şahbazov Habil Həbulla oğlu (1967 təvəllüd) və Cəlilabad sakini Nağıyev Hüseyn Eldar oğludur (1985 təvəllüd).

Bakı Şəhər BPİ rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanınsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın