Ana səhifə / Siyasət / Bakıda qəzaya düşən Avstriya idmançısından yeni xəbər

Bakıda qəzaya düşən Avstriya idmançısından yeni xəbər

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün I Avropa Oyunlarının ilk medalçıları ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Virtualaz.org-un məlumatına görə, o, Bakıda qəzaya uğrayan avstriyalı idmançılarla bağlı da fikir bildirib: “Onlar haqda informasiyamız var. Dünən aldığımız məlumata əsasən, xəsarət alan idmançı üzərində əməliyyat aparılıb. Əməliyyat prosesi uğurlu keçib. Qız artıq danışır”.

Hüseynzadə məlum hadisə ilə bağlı aparılan istintaq işi ilə bağlı qısa danışıb: “Bu suala istintaq orqanları cavab verə bilərlər”.

Xatırladaq ki, iyunun 11-də, saat 8.30-da, I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın