Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda “protiv” gedən avtomobilin sürücüsü müğənni imiş – VİDEO – FOTO

Bakıda “protiv” gedən avtomobilin sürücüsü müğənni imiş – VİDEO – FOTO

Bakının Həsən Əliyev küçəsində əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən 10-MS-100 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin qayda pozması haqqında video görüntünü avtosfer.az saytında paylaşılmışdı.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum oldu ki, həmin avtomobil gənc müğənni Orxan Babazadəyə məxsusdur.

Hər zaman qeyd etmişik ki, incəsənət xadimləri cəmiyyətə bir növ nümumə olmalıdır. Çox təəssüf ki, əksini görürük. Bu müğənni hələ o qədər də tanınmır, amma indidən “protiv” gedir. Görəsən, tanınandan sonra nələr edəcək?..

Qeyd edək ki, “Range Rover” markalı, 10 MS 100 və “Mercedes” markalı 90 *M 002 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri Həsən Əliyev küçəsində qarşı yola çıxaraq qayda pozublar. Onlar özlərini başqalarından üstün tutaraq bir-birinin ardınca əks istiqaməli yola çıxaraq hərəkəti davam etdiriblər. Bununla, həm də digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıblar.

Bakıda

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın