Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Bakıda özəl klinikaya qarşı cinayət işi qaldırıldı

Bakıda özəl klinikaya qarşı cinayət işi qaldırıldı

Tənqidçi Elnarə Tofiqqızının ölümündə günahkar bilinən “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb. Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, “Medi Sina” klinikasının Elnarə Tofiqqızının ölümündə cinayətkarcasına davrandığı, Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işi qaldırılıb və Baş Prokurorluğa göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa klinika cərimələnib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. (APA)

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın