Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bakıda otel sökülür – Abutalıbov hadisə yerində + Video

Bakıda otel sökülür – Abutalıbov hadisə yerində + Video

Bakı şəhərində yerləşən “Araz” oteli sökülür.

Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir.

Qeyd edək ki, adıçəkilən otel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur.

Bakı meriyası əməkdaşının verdiyi məlumata görə, söküntüyə səbəb həmin yolun genişləndirilməsidir. Otelin yerləşdiyi ərazinin bir hissəsində isə park salınacaq.

Qeyd edək ki, Yusif Səfərov və Heydər Əliyev prospekti istiqamətində, eyni zamanda əks istiqamətdəki yolda daim avtomobillərin hərəkətində sıxlıq müşahidə olunurdu.

Bakıda otel sökülür -  Abutalıbov hadisə yerində + Video
Bakıda otel sökülür -  Abutalıbov hadisə yerində + Video

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın