Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bakıda məktəbliləri hansı qida zəhərləyib? – AÇIQLAMA

Bakıda məktəbliləri hansı qida zəhərləyib? – AÇIQLAMA

Ötən gün 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən 10 şagirdin hamısının vəziyyəti kafidir.

5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən məktəblilərin 8-i təcili yardım, 2-si sonradan valideynləri vasitəsilə gətirilib. Şagirdlərdən 5-i qız, 5-i oğlandır. Bunlar Kərimli Züleyxa (2006), Məmmədov Cavid (2005), Həsənov Elşad (2006), Haciyeva Fatimə (2006), Yusifov Səyyad (2006), Rəsulova Nəzrin (2005), Şamilov Kənan (2006), Nuruzadə Cavad (2006), Tahirova Fidan (2006), Rəhimzadə Rüqəyyadır (2006).

Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, qida zəhərlənməsi şirniyyatdan olub. Belə ki, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna V sinifdə paylanıb. Nəticədə şirniyyatdan qida zəhərlənməsi qeydə alınıb.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın