Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüşü başlayıb.
Azvision.az “TASS”-a istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında davam etdirilir. Gözlənilir ki, nazirlər Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
