Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bakıda İslam Oyunlarındakı qələbəni qeyd edən hakim restoranda öldü

Bakıda İslam Oyunlarındakı qələbəni qeyd edən hakim restoranda öldü

Karate Federasiyasının 1-ci vitse-prezidentinin 65 yaşı olub

Karate Federasiyasının 1-ci vitse-prezidenti qəfildən ölüb. Federasiyadan İstiPress-ə verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Bakıdakı restoranlardan birində baş verib.

Məclis əsnasında Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Hüseyn oğlu Məmmədovun vəziyyəti pisləşib və o, vəfat edib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

65 yaşlı vitse prezidentlə vida mərasimi öz evində olacaq. O, Bakıdakı qəbristanlıqlardan birində bu gün dəfn ediləcək.

Qeyd edək ki, bir qrup idmançı, məşqçi və hakim Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün restoranda toplaşıblarmış.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın