Ana səhifə / Siyasət / Bakıda inanılmaz yol qəzası – VİDEO

Bakıda inanılmaz yol qəzası – VİDEO

Hadisə «Təhlükəsiz şəhərin» kameralarına düşdü.
Bakıda qəribə yol qəzası baş verib,  Moderator.az avtosfer.az-a istinadən xəbər verir.
Qəza anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları tərəfindən qeydə alınıb.
Svetoforun qırmızı işığında dayanan «Toyota» markalı avtomobilin sürücüsü yaşıl işıq yananda irəli getmək əvəzinə, maşını sürətlə arxaya sürüb.
Nəticədə arxada dayanmış «Huyundai» markalı avtomobilə çırpılan «Toyota» bir qədər dayandıqdan sonra sürücü irəli hərəkət edib.
Daha sonra vurduğu maşınla birlikdə yolun sağında dayanıblar. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın