Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda yerləşən 103 nömrəli orta məktəbin direktoru Yusif Alməmmədovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayılıb.

Direktor çalışdığı məktəbdən qalmaqalla çıxarılıb. Hal-hazırda məktəbin direktoru vəzifəsini isə xanım müavin əvəz edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı saytın sorğusuna cavab verilib: “Bakı şəhərindəki 103 nömrəli tam orta məktəbin direktoru Alməmmədov Yusif Qurban oğlu ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib. Hazırda qeyd olunan məktəbin direktor müavinlərinin hər hansı biri ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar heç bir əmr verilməyib”. (modern.az)

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …

Bir cavab yazın