Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Siyasət / Bakıda çəkilən yeni əyri yol hər kəsin təəccübünə səbəb olub – VİDEO

Bakıda çəkilən yeni əyri yol hər kəsin təəccübünə səbəb olub – VİDEO

Paytaxtın “Sovetski” adlanan ərazisində aparılan işlər çərçivəsində Füzuli küçəsinin davamının “Beşmərtəbə” dairəsinə birləşdirilməsi işləri yekunlaşsa da, “Azdrama”nın yanındakı yol ordan keçən hər kəsin təəccübünə səbəb olub. Yolun əyri olması sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Azinforum.az Xezerxeber.az-ə istinadən xəbər verir ki, yolun hansı səbəbdən düz çəkilməməsi hamı üçün qaranlıq qalıb.

“Azəravtoyol” ASC-dən bildirirlər ki, həmin yolun layihə üzrə trayektoriyası elədir. O yol əslində əyri deyil, sadəcə maililik var. Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, yəni xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da yol həmin şəkildə layihələndirilib.

“Azəravtoyol” sözçüsü Anar Nəcəfli bildirir ki, yolun ətrafında nəzərdə tutulan işlər görüldükdən sonra görünüşü hər kəsin gözünü oxşayacaq.

Dia.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Sabir Rüstəmxanlı keçmiş hərəkatçıların “Xilas” birliyindən danışdı

Azərbaycanda Milli Demokratik (Xilas) Hərəkatı (MD(X)H) yaradılıb. Yeni qurumu XX əsrin 80-ci illərinin sonlarında baş …

Bir cavab yazın