Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Bakıda bahalı geyim dükanları bir-birinin ardınca bağlanır

Bakıda bahalı geyim dükanları bir-birinin ardınca bağlanır

Dünən Bakının mərkəzində, Zərifə Əliyeva küçəsindəki bahalı geyim mağazalarının bağlanması barədə məlumat vermişdik.

Virtualaz.org saytının müxbiri bu gün dəqiqləşdirib ki, fəaliyyətini dayandıran bahalı geyim mağazalarının siyahısı təkcə Zərifə Əliyeva küçəsindəkilərlə məhdudlaşmır.

Belə ki, müxbirimizin müşahidələrinə görə, eyni zamanda Rəsul Rza, Səməd Vurğun və Üzeyir Hacıbəyli küçələrində də fəaliyyətini dayandıran xeyli butik var. Onların demək olar ki, hamısının üzərində “İcarəyə verilir” elanı asılıb.

Bu butiklərin yalnız bir-ikisi hələ fəaliyyətdədir, amma mağazada qalan malların satılması üçün yüksək endirimlər elan edilib.

Həmin dükanların da qarşısından icarəyə verilmələri haqda elan asılıb. Bir neçəsinin üzərində isə mağazaların köçəcəyi yeni ünvanlar qeyd olunub. Yəni onlar fəaliyyət göstərməkdə davam edəcəklər, amma daha mərkəzdə yox. Görünür, burada iqtisadi böhranın təsirləri də öz sözünü deyib.

Onu da qeyd edək ki, fəaliyyətini dayandıran təkcə geyim mağazaları deyil, onların arasında zinət əşyaları satılan dükanlar da var.

 

 

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın