Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “Bakıda bəzi müəllimlər 1000 manat maaş alır…”

“Bakıda bəzi müəllimlər 1000 manat maaş alır…”

Hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi “Sentyabr konfransı” keçirilir. “Qafqazinfo” xəbər verir ki, tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib.

O, hesabatda bildirib ki, bu il müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb:

“7760 müəllimin əməkhaqqısı 500-1000 manat, 466 müəllimin isə 1000 manatdan yuxarıdır. Keçirilən təlimlərdə iştirak edən 2200 təhsil işçisindən 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb. Qarşıdan gələn təhsil ilində bu rəqəmlərin daha da artacağına ümid edirəm”.

Həmçinin oxuyun

“Millətin ayağından daş kimi asılıb qalmış adamlar…” – Qulu Məhərrəmli

Sentyabrın 27-si başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyəti misli görülməmiş həmrəylik nümayiş etdirdi. …

Bir cavab yazın