Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Siyasət / Bakıda avtomobillərlə bağlı daha bir qadağa

Bakıda avtomobillərlə bağlı daha bir qadağa

Bakıda Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır. Ona görə də həmin zonalarda rəsmi icazəsi olmayan şəxslərin nəqliyyat vasitələrini saxlaması bir ay müddətinə qadağan edilir.

BEGOC -dan Trend-ə bildiriblər ki, bununla bağlı qadağalar mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minir. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız parklanmaya xüsusi icazə sənədi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil – kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər dərhal təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Bu qadağa bir ay ərzində, iyulun 1- dək qüvvədə olacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildiriblər ki, ümumiyyətlə, bu günlərdə paytaxt ərazisində qeyri-qanuni parkinq edən sürücülərə qarşı mübarizə tədbirləri gücləndiriləcək. Bu məsələlərə ciddi nəzarət olunacaq və qaydanı pozanlar qanunvericiliklə cəzalandırılacaqlar. Ona görə də, sürücülərə yollarda narahatlıqlardan və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Həmçinin oxuyun

Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti …

Bir cavab yazın