Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda ağac “BMW”-nin üstünə aşdı – FOTOLAR

Bakıda ağac “BMW”-nin üstünə aşdı – FOTOLAR

 

Bir neçə gündür əsən güclü külək paytaxın bir sıra yerlərində ciddi fəsadlar yaradıb.
Musavat.com-un verdiyi məlumata görə, küləyin əsməsi nəticəsində Bakının Nərimanov rayonu, Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küçəsində iri bir ağac qırılaraq, həyətdə dayanmış  “BMW” markalı 10 – SP – 528 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb.
Baş vermiş hadisə nəticəsində xəsarət alan olmasa da, “BMW” markalı avtomobilə ciddi ziyan dəyib.
Bundan başqa, qırılan ağac iki məhəllə arasındakı yolu da tamamilə bağlayıb.
Ərazidən çəkilmiş fotoları təqdim edirik:

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın