Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Siyasət / Bakıda 3 ölkənin hərbi məktəb rəisləri görüşür

Bakıda 3 ölkənin hərbi məktəb rəisləri görüşür

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılıcaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Həmçinin oxuyun

Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti …