Ana səhifə / Siyasət / Bakıda ən çox maşın keçən küçələr – SİYAHI

Bakıda ən çox maşın keçən küçələr – SİYAHI

Son 6 ay ərzində Bakının ən çox avtomobil keçən küçəsi Üzeyir Hacıbəyov küçəsi olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Modern.az-a verilən məlumata görə, gün ərzində bu küçədən orta hesabla 44.199 avtomobil hərəkət edib.
Paytaxtın bir sıra mərkəzi küçə və prospektlərdə son altı ayda müşahidə olunan nəqliyyat vasitələrinin günlük orta statistik göstəricilərinə əsasən, 28 May küçəsindən gün ərzində ortalama 17072, Zərifə Əliyeva küçəsindən 38475, Rəşid Behbudov küçəsindən 34083 və Azərbaycan prospektindən 25018 avtomobil keçib.

NİİM mütəxəssislərinin müşahidə kameraları vasitəsi ilə yollarda apardıqları monitorinqlərin nəticəsi olaraq, sıxlıq müşahidə olunan küçə və prospektlərə, günün müxtəlif vaxtlarında svetaforların avtomatik iş prinsipinə müdaxilə olunaraq, onlara yaşıl dalğa əmri tətbiq edilib və nəticədə Rəşid Behbudov, Üzeyir Hacıbəyov, 28 May, Bakıxanov, Səməd Vurğun küçələrində, Neftçilər, Nobel və Bül-Bül prospektləri və s. istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyi artırılıb, yoldakı nəqliyyat yükü azaldılaraq sıxlıq tam və ya qismən aradan qaldırılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın