Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Bakıda Əliyev-Netanyahu danışıqları başladı

Bakıda Əliyev-Netanyahu danışıqları başladı

Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə bu gün təkbətək görüşü olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər.

Görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*   *   *12:13

Az əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin Ben-Qurion hava limanından Azərbaycana və Qazaxıstana səfərə yola düşüb.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahunu səfərdə xanımı və çoxsaylı nümayəndə heyəti müşaiyət edir. İsrail kəşfiyyatına yaxın “Debka” saytı xəbər verir ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. “Netanyahunun hər iki paytaxtda danışıqları ölkələr arasında ticarət razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları əhatə edəcək”-sayt bildirir.

Netanyahu özü aerportda jurnalistlərə açıqlamasında deyib ki, onun Azərbaycana və Qazaxıstana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur. Çünki İsrailin beynəlxalq əlaqələri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur.

“Azərbaycan və Qazaxıstan İsraillə əlaqələrini genişləndirmək istəyir. Bu, bizim Asiya nəhəngləri, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrimizin möhkəmləndirilməsinin ardınca baş verir”-Netanyahu bildirib. Baş nazir Azərbaycanı və Qazaxıstanı “müsəlman dünyasının iki mühüm ölkəsi” adlandırıb.

Netanyahu Bakıda ilk dəfə 90-cı illərin əvvəllərində olduğunu və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. Bildirib ki, indiki səfər iki ölkə münasibətlərində “mühüm dönüş olacaq”.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …

Bir cavab yazın